30 Mart 2017 Cümə axşamı

Türkiyə klubundan “Qarabağ”a təklif


Türkiyə Super Liqasında çıxış edən “Gənclərbirliyi” klubu transfer çalışmalarını davam etdirir.

2017-01-09 13:15

Türkiyə klubundan “Qarabağ”a təklif

Türkiyə Super Liqasında çıxış edən “Gənclərbirliyi” klubu transfer çalışmalarını davam etdirir.

Ensonxeber.az-ın məlumatına görə, baş məşqçi Ümit Özatın tələbi ilə komanda "Qarabağ"ın hücumçusu Reynaldo üçün hərəkətə keçib. 

Super Liqa klubu braziliyalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Ankara klubu artıq “Qarabağ”a rəsmi təklif də göndərib. Transferin bir neçə gün ərzində reallaşacağı gözlənilir.

Qeyd edək ki, Reynaldo bu mövsüm “Qarabağ”ın heyətində 6 qol vurub. 27 yaşlı futbolçu 2013-cü ildən Ağdam klubunda çıxış edir. (qol.az)

Ensonxeber.az

“Gənclərbirliyi” Türkiyə Super Liqasında 16 turdan sonra 22 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


 

Xəbər lenti

Bütün xəbərlər