12 Dekabr 2017 Çərşənbə axşamı

İlham Əliyev Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb


Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı məktubu ünvanlayıb

2017-01-09 16:55

İlham Əliyev Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı məktubu ünvanlayıb.

Məktubda qeyd olunur ki:

Möhtərəm Ayətullah Xameneyi həzrətləri,

İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bütün fəaliyyəti və həyat yolu ilə dövlətinə və xalqına sədaqət nümunəsi göstərmiş Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani müdrik və uzaqgörən siyasətçi kimi tanınmışdır. Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə böyük töhfə vermişdir.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər