23 May 2017 Çərşənbə axşamı

Sabiq baş nazirin xanımı məhkum edilib


Məhkəmə Çexiya kənd təsərrüfatı nazirinin keçmiş müşaviri Tomaş İndranı cinayət məsuliyyətindən azad edib.

2017-01-11 16:52

Sabiq baş nazirin xanımı məhkum edilib

Ensonxeber.az məlumat verir ki, Çexiya məhkəməsi ölkənin əsas xüsusi xidmət orqanlarından biri olan İnformasiya Təhlükəsizliyi Xidmətinin məxfi informasiyasının ötürülməsinə görə Çexiya baş naziri kabinetinin keçmiş rəhbəri, habelə sabiq baş nazir Pyotr Neçasın xanımı Yana Neçasovanı (əvvəllər Nadyova) 1,5 il müddətinə, nüfuzlu lobbiçi İvo Rittiqi və onun hüquqşünası David Mixalı isə 9 ay müddətinə şərti məhkum edib. Məhkəmə Çexiya kənd təsərrüfatı nazirinin keçmiş müşaviri Tomaş İndranı cinayət məsuliyyətindən azad edib.

Məxfi informasiyadan istifadə sahəsində çalışmaq hüququnu üç il müddətinə Y.Neçasovadan alan hökm hələlik qanuni qüvvəyə minməyib. Qərardan məlum olur ki, İ.Rittiq 2012-ci ildə Y.Neçasovadan və kənd təsərrüfatı nazirindən öyrənib ki, hökumətin başçısı Pyotr Neças mülki müdafiə kəşfiyyatının başçısından məxfi material alıb. Guya buna görə öz vəkilini Y.Neçasova ilə görüşə göndərib. O da məxfi məlumatın məzmununu hüquqşünasa açıqlayıb. Y.Neçasova və İ.Rittiq öz günahlarını inkar edirlər. (azertag.com)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər