Qan qrupu artıq xüsusi kağızla müəyyən ediləcək


Amerikalı tədqiqatçılar tərəfindən insanın qan qrupunu 30 saniyə ərzində müəyyən edən xüsusi kağız hazırlanıb.

2017-03-24 16:14

Qan qrupu artıq xüsusi kağızla müəyyən ediləcək

Amerikalı tədqiqatçılar tərəfindən insanın qan qrupunu 30 saniyə ərzində müəyyən edən xüsusi kağız hazırlanıb.

Ensonxeber.az-ın məlumatına görə, yeni metod ekstremal hadisələr zamanı xəstənin həyatını xilas edərkən qan qrupunun müəyyənləşdirilməsi üzrə aparılan laborator analizlərə sərf olunan vaxt itkisi baxımından əhəmiyyətlidir.

Yeni kəşfin əsasını insan qanının reagentlərlə örtülmüş xüsusi vərəqlə təması təşkil edir. Kağız eritrositlərin çökmə sürətindən asılı olaraq müxtəlif rənglərə boyanır və bununla da həkimlər qanın hansı qrupa aid olduğunu müəyyən edə bilirlər. (trend.az)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər