21 Sentyabr 2017 Cümə axşamı

Mənalı həyat yaşamağın yolu


İnsan ömrü çox uzun görünsə də, həqiqətən, çox qısadır. Doğuluruq, həyatımızın bir qismi xatırlamadığımız uşaqlıq və yeniyetməlik dövründən ibarət olur, sonra ali təhsil, iş həyatı və ya ailə həyatı ...

2017-03-31 16:52

Mənalı həyat yaşamağın yolu

İnsan ömrü çox uzun görünsə də, həqiqətən, çox qısadır. Doğuluruq, həyatımızın bir qismi xatırlamadığımız uşaqlıq və yeniyetməlik dövründən ibarət olur, sonra ali təhsil, iş həyatı və ya ailə həyatı ... İnsan keçmişə baxanda çox uzun görünən həyatından sadəcə bir neçə şey xatırlayır, gündəlik həyat insanı fiziki və zehni olaraq məşğul edir, günlərin necə keçdiyinin fərqinə belə varmır. Bu məqalədə xatırlatmaq istədiyim odur ki, neçə yaşda olmağınıza baxmayaraq, həyatınızı boş şeylərlə keçirməyin və sizə verilən ömrü ən gözəl şəkildə dəyərləndirin, çünki bizim bir də bu həyata qayıtmaq imkanımız olmayacaq.

“Mənalı həyat” necə olur? Bu sualı insanlara versək, hər kəs özünə görə fərqli cavab verəcək: kiminə görə mənalı yaşamaq ali təhsil almaq, kiminə görə ailə həyatı qurmaq, kiminə görə səyahət etmək, kiminə görə isə karyerasında yüksək yerlərə gəlməkdir. Bu nümunələrin sayını istənilən qədər artıra bilərik, ancaq görünən odur ki, nə ailə həyatı quranlar, nə səyahət edənlər, nə də yüksək vəzifə tutanların hamısı həyatlarından razı deyil və istədikləri kimi mənalı həyat yaşaya bilmirlər. O zaman insan özünə sual verməlidir, mənalı və gözəl həyat yaşamaq üçün nə edə bilərəm? Mənə verilən qısa həyatı necə faydalı keçirə bilərəm?

İnsanı ən çox sıxan məqsədsiz yaşamaqdır. İnsan hər şeydən öncə kim olduğunu, dünyaya nə üçün gəldiyini dərk etməlidir. Bir insan dünyaya gəliş səbəbini anlasa, ona verilən hər saniyəni ən gözəl tərzdə dəyərləndirərək sonsuz axirət həyatı üçün yaşayar. Bir də ölüm hər birimizə çox yaxındır, qoca, gənc, uşaq, qadın, kişi fərq etmir, bu gün yaşayırıq, sabah da mütləq yaşayacağıq deyə zəmanətimiz yoxdur. Ona görə həyatı uzun görüb mənasız yaşamamalıyıq, çünki hər şeyin hesabı var, etdiklərinə görə ya peşman olmaq, ya da sonsuz sevinmək imkanı var.

Bəli, biz dünyaya Allahın rizasına uyğun yaşamaq üçün gəlmişik, həyatımızın da məqsədi bu olmalıdır. Allahı sevmək, Onun sevgisini hiss etmək, Allahı tanımaq, Allahın verdiyi nemətlərə görə şükür etmək dünyada insanın dada biləcəyi ən gözəl nemət və zövqdür. Hər şey Allahı sevəndə gözəl olur, hər şey imanla dəyərli olur. Bəzi insanlar dünyaya təsadüfən gəldiyini, dünyada məqsədsiz yaşamaq haqqının olduğunu və öldükdən sonra da tamamilə yox olacağını düşünür. Buna görə də əlindən gələni edir ki, həyatı yaddaqalan və mənalı keçsin. Ancaq Allah unudularaq yaşanılan həyat sıxıntıdan başqa insana bir şey verməz. Belə yaşamaq necə çətin və sıxıntlı olar?! Bir çox insan ona görə xoşbəxt ola bilmir, halbuki Allah insanı sonsuz yaradıb, biz neçə on il burada yaşadıqdan sonra əsil həyatımız olan axirətə gedəcəyik inşaAllah. Etdiyi əməllərə görə axirətdə hesab verəcəyini bilən insan isə əsla zamanını boşuna keçirməz.

Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. (Loğman surəsi, 22)

 

 


 

Xəbər lenti

Bütün xəbərlər