22 Noyabr 2017 Çərşəmbə

GMİİB Silahlı qüvvələr günü və Ramazan bayramını Cocuq Mərcanlıda qeyd edib (FOTO)


Görüşdə GMİİB sədri Ramiq Vəliyev tərəfindən vurğulanıb ki, görülən işlər ölkəmizin inkişafının, cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

2017-06-27 16:22

GMİİB Silahlı qüvvələr günü və Ramazan bayramını Cocuq Mərcanlıda qeyd edib (FOTO)

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi 26 iyun 2017-ci il tarixdə Ramazan bayramı və "26 iyun - Silahlı qüvvələr günü" münasibətilə Qarabağ qazilərinin iştirakı ilə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olublar. Cocuq Mərcanlıda sakinlər, döyüşçülər, təhsil və digər sahələrdə çalışan işçilərlə görüşən GMİİB üzvləri axundun iştirakı ilə Cocuq Mərcanlı məscidində namaz qılıblar. Daha sonra axund tərəfindən torpaqlarımızın düşmən işğalından xilası, ölkəmizin rifahı üçün dualar edilib. Axund ilk dəfə Cocuq Mərcanlı məscidində belə izdihamlı namaz qılınmasının onu çox sevindirdiyini qeyd edib. Görüşdə GMİİB sədri Ramiq Vəliyev tərəfindən vurğulanıb ki, görülən işlər ölkəmizin inkişafının, cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

Daha sonra GMİİB üzvləri Aprel Şəhidləri xatirəsinə ucaldılmış abidəyə gəliblər. Burada Birinci Qarabağ müharibəsində batalyon komandiri olmuş mayor Səməd Əbilov (Alyanlı), polkovnik-leytenant Muxtar Səfərov, Qarabağ müharibəsi iştirakçısı Yolçu Həsənov tərəfindən Aprel döyüşlərində qəhrəmanca şəhid olmuş hərbiçilərin döyüş şücaətlərindən bəhs edilib.

Qeyd edək ki, keçən ilin aprel ayında erməni hərbi təxribatının qarşısını alarkən Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad etmişdir. Bu ilin yanvar ayında isə cənab Prezidentin müvafiq sərəncamı ilə Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Martın 22-dən başlayan tikinti işləri mayın 20-də başa çatdırılmışdır. Cəmi 2 ay ərzində kəndin bir hissəsi bərpa edilib, birinci mərhələdə 50 ev, məktəb, tarixi Şuşa məscidinin bənzəri olan məscid tikilib, Horadizdən Cocuq Mərcanlıya yol çəkilib. Növbəti mərhələdə təqribən 100 əlavə ev, - bəlkə ondan da çox, - tibb məntəqəsi tikiləcək və iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcəkdir.

 

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər