25 Sentyabr 2017 Bazar ertəsi

Haiti millisinin üzvü "Qarabağ"da - rəsmi


Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” növbəti keçidini reallaşdırıb.

2017-07-07 14:15

Haiti millisinin üzvü "Qarabağ"da - rəsmi

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” növbəti keçidini reallaşdırıb.

Ensonxeber.az-ın məlumatına görə, “Alanyaspor”un yarımmüdafiəçi Vild-Donald Gerye Ağdam təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Haiti millisinin üzvü peşəkar karyerasına ölkəsinin “Amerika De Ke” klubunda başlayan Vild-Donald Gerye 2013-cü ilin yayında Polşanın “Visla” klubuna transfer olunub. 2013-2016-ci illərdə “Visla”da 75 oyuna çıxan 28 yaşlı yarımmüdafiəçi 20 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə “Alanyaspor” forması altında 24 oyunda 4 qolla yadda qalıb.

 Vild-Donald Gerye müqavilənin ardından klubun rəsmi saytına fikirlərini bildirib:“Qarabağ” ilk gündən mənə öz ailəm kimidir. Sanki uzun müddətdir buradayam. Həqiqətən bura gəldiyim üçün xoşbəxtəm. Komanda üçün əlimdən gələnin ən yaxşısını edəcəm. “Qarabağ” ardıcıl 4-cü dəfə çempion olur və 3 ildir Avropa Liqasının qrup mərhələsində oynayır. Bunların hamısını yaxşı anlayıram. Hər zaman hansı komandamda olmağımdan asılı olmayaraq, qələbə üçün meydana çıxmışam və komandamın qələbə qazanması üçün vuruşmuşam. Ən böyük üstünlüyüm odur ki, uduzmağı sevmirəm. Harada varamsa, qalib gəlmək üçün mübarizə aparmışam. Əgər bu gün “Qarabağ”a gəlmişəmsə, mənə göstərilən etimadı doğrultmaya çalışacam”. (qol.az)

Ensonxeber.az
 


 

Xəbər lenti

Bütün xəbərlər