25 Sentyabr 2017 Bazar ertəsi

30 saniyə


Çox sevdiyim, çox hörmət bəslədiyim və əsərlərindən çox şey öyrəndiyim bir müəllifin vaxtla bağlı istifadə etdiyi bir bənzətmə mənə bu yazını yazmağa vadar etdi.

2017-07-12 17:34

30 saniyə

Çox sevdiyim, çox hörmət bəslədiyim və əsərlərindən çox şey öyrəndiyim bir müəllifin vaxtla bağlı istifadə etdiyi bir bənzətmə mənə bu yazını yazmağa vadar etdi. Sizinlə bu sətirləri bölüşmək istəyirəm:

 

"Vaxt mühəndisi olmalısan. 10 saniyəni, 30 saniyəni, 1 dəqiqəni belə çox yaxşı dəyərləndirmək lazımdır. Qızıl hasil edənlər qızılın tozunu da ziyan etmirlər. Vaxt qızıldan daha qiymətlidir".

 

Keçmişə nisbətən vaxtın nə qədər sürətlə keçdiyinə siz də diqqət edirsiniz? Bəs ayların həftə, həftələrin gün, günlərin isə saat kimi olduğunu? Bəs bu qədər sürətli keçən vaxtımızı çox yaxşı dəyərləndirməli olduğumuzun fərqindəsinizmi?

 

Hər bir insana dünyada verilmiş bir zaman var. Bu hər kəsin bildiyi ancaq üzərində müfəssəl düşünmədiyi həqiqətdir. Bir qutunun içinə doldurulmuş daşları bir-bir götürməklə qutunun boş qalması kimi insanın həyatı da zamanla tükənir.

 

Bu qəti bir həqiqət olmasına baxmayaraq, bir çox insan zaman üzərində düşünmə ehtiyacı hiss etmir. Vaxtı yaxşı qiymətləndirmək isə belə insanların ağlına belə gəlmir. Bəzi insanlar da vaxtlarını çox yaxşı dəyərləndirirlər, ancaq məqsədləri yalnız dünyəvi ehtiraslarını təmin etmək, daha məşhur, daha sevilən, daha zəngin və ya daha gözəl biri olmaqdır.

 

Zaman necə boş yerə sərf edilir gəlin birlikdə düşünək. Ömrünün heç bitməyəcəyi yanılqısına düşmüş biri vaxtını boş yerə keçirə bilər. Məsələn, televizor qarşısında saatlara oturub özünə heç bir fayda verməyən proqramları izləyə bilər. İnternetdə məqsədsiz şəkildə vaxt keçirib, fayda verməyəcək müzakirələr aparar, heç bir mənası olmayan məsələləri gündəmə gətirər. Lazımsız söhbətlərlə həm özünün, həm də başqalarının vaxtını ala bilər…

 

İnsanın ötən zamanı geri alması mümkün deyil. Səhvlər düzəldilə bilər, hər şey dəyişdirilə bilər, ancaq itirilən zaman, boşa yerə xərclənən vaxtı geri almaq mümkün deyil. Bu səbəbdən insan hər anında şüurunu açıq tutmaqla, nə etdiyinin tam olaraq fərqində olmaqla məsuldur. "10 saniyədən bir şey olmaz, 30 saniyə özümü sərbəst buraxsam, 1 dəqiqədən nə olar ki" demədən hər anı çox yaxşı dəyərləndirmək əsasdır. İman gətirənlər bu həqiqəti çox yaxşı bilirlər və Allahın razılığını güdərək, hər anlarını çox xeyirli işlərlə keçirirlər.

 

Zaman iman gətirən bir insan üçün ən böyük nemətlərdən biridir. Çünki vaxt imanlı bir insana hər an Allaha yaxınlaşması, daim gözəllik və xeyir gətirəcək işlər görməsi, gözəl əxlaq göstərməsi, fədakar olması üçün verilmişdir. Dünya həyatında hər kəs üçün müəyyən edilmiş məhdud zamanda edilən əməllər, göstərilən gözəl əxlaq insanın axirət həyatındakı yerini müəyyən edəcək bir vasitədir.

Boş yerə keçirilən, itirilən hər anla birlikdə əslində böyük bir gözəllik də itirilmiş olur. Halbuki bu çox böyük zərərdir. Hər anında savab qazana biləcəyi, özünə və insanlara faydalı olacağı anları boş yerə sərf etmiş, geri qaytara bilməyəcəyi şəkildə vaxtını itirmişdir.

Vaxtın bir xüsusiyyəti də bəzi insanları ən çox ətalətə salan, səbrini tükətən, passivləşdirən mövzulardan biri olmasıdır. Ancaq iradəli insan bu vəziyyətdən dərhal xilas ola bilər. Zaman dünyada verilən bir nemətdir və insan hər nemət kimi vaxtını necə keçirdiyindən hesaba çəkiləcək. Gün ərzində etdiyimiz hər hərəkət, söylədiyimiz hər söz, bütün niyyətlərimiz axirət günündə qarşımıza çıxacaq. Bizim bir çoxunu unutduğumuz hər incəlik bizə xatırladılacaq.

«Kəhf» surəsində Allah bu gerçəyi inkarçılardan nümunə verərək bizə bu şəkildə bildirir:

 (Hər kəsin) kitabı (qarşısına) qoyulacaq və sən günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 49)

Gülnarə Yadigarova

 


 

Xəbər lenti

Bütün xəbərlər