"Qarabağ"ın üçüncü mərhələdəki rəqibi müəyyənləşib


Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

14 İyul 2017 16:44

"Qarabağ"ın üçüncü mərhələdəki rəqibi müəyyənləşib

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

 İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə "Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi ilk matçda 5:0 hesabı ilə məğlub etdiyi "Samtredia"nı keçsə, "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüşdə Moldova təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələyib.

Ağdam təmsilçisi növbəti mərhələyə adlasa, ilk matç Bakıda olacaq.

İlk oyunlar 25 - 26 iyulda, cavab matçları 1 - 2 avqustda keçiriləcək.(qol.az)


 

Xəbər lenti

Bütün xəbərlər