20 Noyabr 2017 Bazar ertəsi

Gürcüstanda “Müasir Azərbaycan nəsri antologiyası” çap olunub

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb.

2017-07-14 16:57

Tərcümə Mərkəzindən bildirilib ki, XX əsr Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazıçıların hekayələri toplanmış kitabı gürcü dilinə tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli çevirib.

Gürcüstanın “İntellekti” nəşriyyatında çap edilmiş kitabın redaktoru tanınmış tərcüməçi Manana Bostoğanaşvili, “Ön söz”ün müəllifi görkəmli gürcü yazıçısı Quram Odişariyadır.

Kitabın təqdimatının sentyabr-oktyabr aylarında Tbilisidə keçiriləcəyi gözlənilir. (azertag.com)

Ensonxeber.az

Xəbər lenti

Bütün xəbərlər