22 Noyabr 2017 Çərşəmbə

Əsəbləri cilovlamağın ən rahat yolu


Səhər yuxudan durduğunuz andan etibarən əsəbinizə hakim ola bilmirsiniz?

2017-07-16 01:34

Əsəbləri cilovlamağın ən rahat yolu
Səhər yuxudan durduğunuz andan etibarən əsəbinizə hakim ola bilmirsiniz? Yoldaşınıza, dostunuza, hətta yolda rast gəldiyiniz insanlara hirslənib özünüzdən çıxırsınız? Hər gün bu narahatlıq verən hissləri yaşayıb heç bir şəkildə həll yolu tapa bilməmiş ola bilərsiniz. Ancaq həll yolu həm çox asan, həm də çox zövqlüdür...
 
Əsəb sizi daxilən narahat etdiyi kimi, bir müddət sonra sağlamlığınızı da pozmağa başlayacaq. Aparılan tədqiqatlar nəticəsində əsəbin zehni və fiziki bir çox mənfi təsirlərə yol açdığı məlum olmuşdur. Bağışlayıcı olmamaq, əsəbləşmək insanda psixoloji gərginlik yaradır. Bu gərginlik isə bir müddət sonra ürək ritminin artmasına, ürək xəstəliklərinə səbəb olan hormonal dəyişikliklərə, nevroloji pozuntulara və yaddaşın itməsinə səbəb olur.
 
Hormonlarda baş verən nizamsız dəyişikliklər isə immun sistemi pozuntuları başda olmaqla, şəkər xəstəliyi, yüksək təzyiq kimi xəstəliklərə səbəb olur. Baş ağrısı, təzyiq, dəri problemi, mədə və tənəffüs problemləri kimi fiziki problemlərlə yanaşı kefinizin olmaması, daima gərgin olmağınız kimi duyğusal problemləri də yaşamağa başladıqda gücünüz daha da qırılır…
Bəzi insanların üzərində durmadığı bir sirr var. Ruhumuz, bədənimiz bütün hüceyrələrimiz Allahın nəzarətindədir. Allah unudulduqda hüceyrələr bədənə hücum etməyə başlayır. Allahı düşündükdə, hər hadisəni Allahın yaratdığı qədər çərçivəsində baş verdiyini düşündükdə isə nə əsəb qalar, nə də kədər. Çünki əsəbin səbəbi baş verən hadisələrin mənfi olduğunu düşünməkdir. Halbuki qədər daxilində baş verən hər şey xeyirlə və hikmətlə yaradılır. Allah insanların mənfi kimi gördükləri hadisələri xeyirlə yaratdığını «Bəqərə» surəsinin 216-cı ayəsində belə bildirmişdir.
 
«…Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz».
 
Bu dünyada Allahın sizi imtahan etmək üçün yaratdığı hər hadisə hələ siz doğulmadan öncə qədərinizdə yazılmışdı. Qüsursuz yaradılmış qədər qarşısında ən gözəl davranış Allahın razı olacağı şəkildə qarşılıq vermək olar.
Allahın insanlara tövsiyə etdiyi gözəl axlaq xüsusiyyətlərindən bəziləri - əsəbini boğmaq, əsəbləşmək əvəzinə təvəkkül etmək, səbir göstərmək, əfvedici, sevgi dolu olmaq, vicdanlı və Qurana uyğun ədalətli qərar qəbul etməkdir. Rəbbimiz bir ayədə bağışlamağı belə tövsiyə etmişdir.
 
“Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər”. (Əraf surəsi, 199) Əsəb, gərginlik, narahatlıq, depressiya kimi insanı mənəvi olaraq narahat edən hisslərin düzəlməsi üçün uzun müddətli psixoloji müalicələrə daha faydalı bir alternativ olaraq, mövzuya imani yanaşmaq olar. Sizə mənfi kimi görünən hadisələr qarşısında bir dəqiqə qədəri düşünüb «bu hadisəni Allah yaradır» deyə qəlbinizdən keçirdikdə Allahın sonsuz gücü və ağlına təslim olub daima xoşbəxt yaşayarsınız inşaAllah.
 
Xəyalə Səfərova


 

Xəbər lenti

Bütün xəbərlər