Alimlər Günəş haqqında yeni məlumatlar əldə etdi


Alimlər Günəş haqqında yeni məlumatlar əldə etdi

2017-07-17 09:34

Alimlər Günəş haqqında yeni məlumatlar əldə etdi

NASA-nın IRIS (Interface Region Imaging Spectrograph) elmi-tədqiqat aparatı günəş atmosferi haqqında yeni məlumatlar əldə etdi. Bu barədə NASA-nın rəsmi saytı məlumat yaydı. Yeni məlumatlara əsasən, günəş tacının səthə nisbətən daha çox qızdığı və bunun da “günəş küləyi” adlandırılan hissəciklərin fasiləsiz olaraq yaymasına səbəb olduğu məlum oldu.

Aparat günəş atmosferində indiyə qədər məlum olan aşağı temperatura malik nahiyyələrdən 93000 °C daha aşağı temperatura malik nahiyələr aşkara çıxarıb. Alimlər qısa zaman kəsiyində buraxdığı enerji həcminə görə bu nahiyələri “günəş istilik bombaları” adlandırıblar. Gözlənilmədən istilik buraxan bu enerji mənbələrinin aşkara çıxarılması bütün günəş atmosferinin qızmasının mexanizmlərinin daha dərindən anlamağa yardım edəcək.

Aparat həmçinin Günəşin bütün xromosferi – xarici təbəqəsi üzrə səpələnən və saniyədə 20 km hərəkət edən kiçik tornadolara bənzəyən çoxlu strukturları kəşf edib. Elm adamları bu tornadoların tacı enerji ilə qidalandıran mexanizmlə təmin etdiyi və plazma püskürmələrinin günəş küləyinin mənbəyi olduğu qənaətinə gəliblər.

Bunlarla yanaşı, yeni məlumatlar ulduzun atmosferdən necə enerji ötürdüyünə, həmçinin günəş aktivliyi dinamikliyinin kosmosda və Yerdəki texnoloji infrastrukturlara mümkün təsiri barədə bir çox məqamlara aydınlıq gətirəcək.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər