Dolma Festivalında Meksika mətbəxinin “Tamal”ı təqdim olunacaq


Xaçmaz şəhərində keçirilən ikinci Beynəlxalq Dolma Festivalında ilk dəfə olaraq Meksika mətbəxinin “Tamal”ı təqdim olunacaq.

2017-07-17 16:02

Dolma Festivalında Meksika mətbəxinin “Tamal”ı təqdim olunacaq

Xaçmaz şəhərində keçirilən ikinci Beynəlxalq Dolma Festivalında ilk dəfə olaraq Meksika mətbəxinin “Tamal”ı təqdim olunacaq.

Səfirlikdən bildirilib ki, təqdimatın keçirilməsində əsas məqsəd ikitərəfli mədəni əlaqələrin inkişafına töhfə vermək, UNESCO tərəfindən Bəşəriyyətinin Qeyri-Maddi Mədəni İrsi elan olunmuş Meksika mətbəx nümunələrini təşviq etmək və milli adətləri tanımaqdır.

Qeyd edək ki, “Tamal”ın kökü ispanların Meksikaya gəlişindən əvvəlki dövrə aiddir. O zaman həmin yemək dini mərasimlər zamanı ehsan kimi təqdim olunurdu. Meksika mətbəxi və mədəniyyətində vacib yer tutan “Tamal”ın 500-dən çox növü var. “Tamal” necə hazırlanır? Şirin və ya şirin olmayan hazır içlik xəmirlə qarışdırılır və ya xəmirə doldurulur. Sonradan banan, qarğıdalı yarpaqlarına və digər yarpaqlara bükülərək buxarda bişirilir. (azertag.com)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər