Pişiklər necə xilas olurlar?


Pişiklər necə xilas olurlar?

30 İyul 2017 10:52

Pişiklər necə xilas olurlar?

<Pişikləri ölümcül yıxılmadan necə xilas olurlar?


Pişiklərin nəzərəçarpan xüsusiyyətlərindən biri çox yüksəkdən yıxılsalar belə, bir neçə yüngül yara ilə həyatda qalmalarıdır. Pişiklərin ölümdən xilas olaraq həyatda qalmalarının sirri Rəbbimizin bu canlılarda yaratdığı bioloji xüsusiyyətlərdə gizlidir.



Pişiklərin bu qüsursuz yaradılış xüsusiyyəti yerə çırpıldıqda məruz qaldıqları zərbəni azaldır. Digər tərəfdən pişiklərin düşmə sürəti insan, yaxud at kimi daha böyük canlıların düşmə sürətinə nisbətən çox azdır. Aparılan tədqiqatlara əsasən, havada qol və ya ayaqlarını açaraq müvazinəti saxlamağa çalışan pişiyin düşmə sürəti 96 km/saat-dır. Böyük insan üçün eyni sürət isə pişiyə nisbətən 2 dəfə çox, yəni 192 km/saat-dır.



Pişiklər bu yaradılış xüsusiyyətləri sayəsində havada bədənlərini gərməklə yanaşı, lazım olan vaxtda 4 ayaq üstünə düşmək üçün bədənlərini çevirə bilirlər. Bu akrobatik bədən hərəkətləri zamanı bədənlərinin çevrilməsində və ayaqlarının lazım olan mövqeni tutmasında quyruqları əhəmiyyətli rol oynayır.



Pişiklər yerə düşərkən meydana gələn zərbə onların bütün orqanizminə təsir etmir. Çünki bu zərbə yıxılarkən ayaqlarının ən doğru şəkildə yerə dəyməsi ilə təsirini itirir. Rəbbimiz pişiklərdə kinetik enerjini yaxşı paylayan əzələ sistemi yaratmışdır. Buna görə də sümüklər zərbənin şiddətindən qırılmırlar. Pişiklərin ayaqlarının quruluşu da insanlardan fərqli yaradılmışdır. İnsanların bədənlərindən birbaşa uzanan ayaqlarının əvəzinə pişiklərin ayaqları müəyyən bucaq altında bədənə birləşir. Bu xüsusiyyət sayəsində pişiklərin ayaqları çırpılma anında zərbəni paylayır və ölüm riskini azaldır.

<Ensonxeber.az

 


 

Xəbər lenti

Bütün xəbərlər