Bakka İspaniyaya qayıdır


“Milan”ın hücumçusu Karlos Bakka karyerasını yenidən İspaniya La Liqasında davam etdirməyə yaxındır.

2017-08-15 14:22

Bakka İspaniyaya qayıdır

“Milan”ın hücumçusu Karlos Bakka karyerasını yenidən İspaniya La Liqasında davam etdirməyə yaxındır. 

 

Ensonxeber.az-ın məlumatına görə, kolumbiyalı forvard “Vilyareal”la anlaşmaq üzrədir. Belə ki, İspaniya klubu Bakkanı gələcəkdə birdəfəlik transfer hüququna yiyələnmək şərti ilə icarəyə götürür.
 
Qeyd edək ki, 30 yaşlı forvard 2 il əvvəl “Milan”a “Sevilya”dan transfer olunub. Geridə qalan müddətdə Bakka “A” seriyasında 70 oyuna çıxıb və 31 qol vurub. (qol.az)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər