Səudiyyə Ərəbistanda güclü yanğın


Avqustun 15-dən 16-na keçən gecə Səudiyyə Ərəbistanının Ciddə şəhərinin tarixi hissəsində güclü yanğın baş verib.

2017-08-16 17:30

Səudiyyə Ərəbistanda güclü yanğın

Avqustun 15-dən 16-na keçən gecə Səudiyyə Ərəbistanının Ciddə şəhərinin tarixi hissəsində güclü yanğın baş verib.

Ensonxeber.az-ın məlumatına görə, hadisə nəticəsində 4 bina zərər görüb. Yaxınlıqdakı binaların sakinləri təxliyə olunub.

Şəhərin əl-Bələd rayonunda qeydə alınmış yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının səbəbi hələ məlum deyil.

Qeyd edək ki, Ciddənin tarixi hissəsi 2014-cü ildə YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilib. (trend.az)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər