Finlandiya paytaxtında Helsinki incəsənət festivalı başlanıb


Avqustun 17-də Finlandiyada ən böyük incəsənət festivalı olan Helsinki festivalına start verilib.

17 Avqust 2017 14:00

Finlandiya paytaxtında Helsinki incəsənət festivalı başlanıb

Avqustun 17-də Finlandiyada ən böyük incəsənət festivalı olan Helsinki festivalına start verilib. Hər il keçirilən bu tədbir müddətində şəhərdə çoxsaylı yaradıcılıq tədbirləri - ənənəvi teatr tamaşaları, rəsm sərgiləri və konsertlər, təbiət qoynunda məclislər, multijanr tamaşaları, bir sıra başqa müxtəlif görüşlər nəzərdə tutulur.

Builki festivalda ən maraqlı və parlaq tədbirlər – bədii manifest ənənəsinə hörmətlə yanaşan Culian Rozefeldin sensasiyalı kino instalyasiyası, İrlandiyanın “Dead Centre” teatr truppasının ifasında “Çexovun ilk pyesi” əsərinin tamaşası, Suomenlinna adasında “Viapori Jazz” caz festivalı, şəhərdə təşkil ediləcək “Əsrarəngiz bağ” adlı art-piknik və İncəsənət gecəsi olacaq. (azertag.com)


 

Xəbər lenti

Bütün xəbərlər