Azərbaycan-Koreya münasibətləri müzakirə olunub


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva Azərbaycanda səfərdə olan Koreya Milli Assambleyasının deputatı Li Ju Yanqın başçılıq etdiyi nümayəndə heyəti

18 Avqust 2017 01:47

Azərbaycan-Koreya münasibətləri müzakirə olunub

Avqustun 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva Azərbaycanda səfərdə olan Koreya Milli Assambleyasının deputatı Li Ju Yanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

S.Fətəliyeva Koreya Milli Assambleyasının üzvlərinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. O qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünlük həyatı yaşayır, bu problemin öz ədalətli həllini tapmaması bütün regionun təhlükəsizliyini təhdid edir.

Koreya Milli Assambleyasının üzvü L.J.Yanq ölkəmizə ilk dəfə səfər etdiklərini, Bakının bənzərsiz memarlıq üslubunun, şəhərin gecə mənzərəsinin onlarda dərin təəssürat yaratdığını qeyd edib, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirdib.

O, 2023-cü ildə Skaut konfransının Koreyada keçirilməsi üçün Azərbaycan hökumətinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. (trend.az)


 

Xəbər lenti

Bütün xəbərlər