Gürcü rejissorun filmi “YARAT” da nümayiş etdiriləcək

Avqustun 22-də “YARAT” Müasir İncəsənət Mərkəzində Gürcüstan istehsalı olan rejissor Soso Bliadzenin ekranlaşdırdığı “Üç addım” filmi nümayiş ediləcək.

2017-08-18 13:09

Ensonxeber.az məlumat verir ki, xronometrajı 17 dəqiqə olan ekran əsəri gürcü dilində ingilis subtitrləri ilə təqdim olunacaq.

Filmin qəhrəmanı 13 yaşlı Mariam, şəhərin kənarında, atılmış köşkdə səfil atası ilə yaşayır. Güc-bəla ilə dolanan qəhrəmanlar, bazarda köhnə-kürüş şeylər satırlar və oğurluqdan da çəkinmirlər.

Film “Sodrujestvo” Gənc Kinematoqrafçılarının Beynəlxalq Məktəbinin bütün münsiflər (sənətkarlar və tənqidçilər) heyəti tərəfindən "Ən yaxşı film" kimi qəbul edilib. (azertag.com)

Ensonxeber.az

Xəbər lenti

Bütün xəbərlər