21 Sentyabr 2017 Cümə axşamı

İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi


Barselona şəhərində baş vermiş terror aktı ilə əlaqədar olaraq İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

2017-08-18 13:24

İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

Barselona şəhərində baş vermiş terror aktı ilə əlaqədar olaraq İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Ensonxeber.az-ın məlumatına görə. bu barədə Trend-ə İspaniyanın Bakıdakı səfirliyindən bildiriblər.

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Terror aktı nəticəsində 13 nəfər ölüb, xəsarət alanların sayı 119 nəfərə çatıb.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər