Pedalların əvəzinə “Go” və “Stop now” düymələrinə malik avtomobil patentlənib


“Google” şirkətinə məxsus “Waymo” şirkəti uzun müddətdir sürücüsüz texnologiyalar üzərində işləyir, amma sözügedən şirkətin işi yalnız proqram təminatının yaradılması ilə məhdudlaşmır.

18 Avqust 2017 13:33

Pedalların əvəzinə “Go” və “Stop now” düymələrinə malik avtomobil patentlənib

“Google” şirkətinə məxsus “Waymo” şirkəti uzun müddətdir sürücüsüz texnologiyalar üzərində işləyir, amma sözügedən şirkətin işi yalnız proqram təminatının yaradılması ilə məhdudlaşmır. Şirkətin mütəxəssisləri müxtəlif yeniliklər fikirləşir və onu patentləşdirirlər. Belə yeniliklərdən biri avtomobillər üçün yaradılmış futuristik cihaz panelidir. Bu paneldə sükan və müxtəlif indikatorların əvəzinə bir neçə düymə yerləşdirilib.

Ehtimal ki, avtomobil səsli idarəetmə və ya mobil proqram vasitəsilə idarə olunacaq. Həmçinin fövqəladə hal zamanı avtomobili "Stop now" düyməsi ilə dayandırmaq mümkün olacaq. (azertag.com)


 

Xəbər lenti

Bütün xəbərlər