19 Oktyabr 2017 Cümə axşamı

Prezident İlham Əliyev: "Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir"


"Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir"

2017-09-10 21:13

Prezident İlham Əliyev: "Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir"

Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir. Biz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, sentyabrın 8-də Azərbaycan Rohingiya qaçqınlarına humanitar yardım - 100 ton ərzaq məhsulu göndərmişdir.

2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu möhtəşəm dostluq və qardaşlıq bayramında 50-dən çox müsəlman ölkəsi iştirak etmişdir. Əminəm ki, üç minə yaxın idmançı və minlərlə qonaq Bakıdan ən xoş təəssüratlarla ayrılmışdır.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər