19 Oktyabr 2017 Cümə axşamı

“Neft Daşları”nda estakada əsaslı təmir edilib


Yaxın günlərdə obyektin istismara qəbul ediləcəyi nəzərdə tutulur.

2017-09-13 17:02

“Neft Daşları”nda estakada əsaslı təmir edilib

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft daşları” yatağındakı 1637 və 1956 saylı meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırıb.

Ensonxeber.az  Trend-ə istinadən verilən məlumata görə, 1050 metr uzunluğundakı estakadada əsaslı təmir işləri zamanı 364 ədəd svay vurulub, 133 ədəd rigel proqon, 120 ədəd ferma, 613 ədəd dəmir-beton tava və 433 ədəd suüstü əlaqə quraşdırılıb. Obyektdə 1200 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilib, 4020 kvadrat metr sahəyə asfalt örtüyü döşənib.

Yaxın günlərdə obyektin istismara qəbul ediləcəyi nəzərdə tutulur.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər