14 Dekabr 2017 Cümə axşamı

Azərbaycan və Fələstin arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Fələstinin xarici işlər naziri Riyad Əl-Məliki ilə görüşüb.

2017-09-23 22:39

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və Fələstin arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın Fələstin məsələsinə ayırdığı diqqət və humanitar dəstəyi, Azərbaycanda beynəlxalq təşkilatların Fələstin məsələsi üzrə keçirilən beynəlxalq tədbirlər yüksək qiymətləndirilib.

Nazirlər Yaxın Şərqdə mövcud vəziyyət, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. (trend.az)

Ensonxeber.az

Xəbər lenti

Bütün xəbərlər