19 Oktyabr 2017 Cümə axşamı

Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlar müzakirə edildi (YENİLƏNİB)


Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlar müzakirə edildi (YENİLƏNİB)

2017-09-24 09:57

Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlar müzakirə edildi (YENİLƏNİB)

72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşüb.

XİN-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ətraflı fikir mübadiləsi aparıldı. Bu xüsusda, Ermənistan, Azərbaycan və həmsədrlər tərəfindən atılmalı olan addımlar nəzərdən keçirildi.

Görüş əsnasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifinə uyğun olaraq Ermənistan və Azərbaycan Prezidentlərinin görüşünün keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olundu.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə substantiv danışıqların davam etdirilməsi üçün həmsədrlər tərəfindən səsləndirilən bir sıra maraqlı təkliflərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirdi.

Həmçinin, Elmar Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın məntiqli danışıqlara daim hazır olduğunu bir daha vurğuladı.

XXX

21:28

Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü keçirilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin də iştirak etdiyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə edilir.

Trend

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər