19 Oktyabr 2017 Cümə axşamı

Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşdı


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 27-də ..

2017-09-29 00:30

Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 27-də 59,82 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,48 dollar/barel azdır. Bu barədə Ensonxeber.az-a Trend.az  mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 27-də 59,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 27-də 55,78 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 27-də 58,79 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,38 dollar/barel azdır.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər