Bakıda Molla Pənah Vaqifin şeirlər kitabının təqdimatı keçirilib


V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Molla Pənah Vaqifin şeirlər kitabının təqdimatı keçirilib. Kitab TÜRKSOY tərəfindən şairin 300 illik yubileyi münasibətilə nəşr edilib.

2017-10-01 00:22

Bakıda Molla Pənah Vaqifin şeirlər kitabının təqdimatı keçirilib

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Molla Pənah Vaqifin şeirlər kitabının təqdimatı keçirilib. Kitab TÜRKSOY tərəfindən şairin 300 illik yubileyi münasibətilə nəşr edilib.

Ensonxeber.az məlumat verir ki, təqdimat mərasimində Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı çıxış edərək xalqımızın mədəniyyətinin təkcə türkdilli ölkələrdə deyil, bütün dünyada təbliğinin əhəmiyyətini vurğulayıb. O deyib: “Bu sərgidə ikinci dəfədir iştirak edirik və bu dəfə yeni nəşrləri, o cümlədən Molla Pənah Vaqifin şeirlər kitabını təqdim edirik. 2017-ci il TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif ili” elan olunub. Prezident İlham Əliyev “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb”.

E.Qafarlı diqqətə çatdırıb ki, TÜRKSOY 2010-cu ildən etibarən türkdilli ölkələrin elm və mədəniyyət xadimlərinin yubileylərinə həsr olunan tədbirlər təşkil edir. Təqdimatı keçirilən şeirlər toplusuna Molla Pənah Vaqifin seçilmiş əsərləri daxildir. Bu əsərlərin seçilməsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin böyük dəstəyi olub. Topluda şeirlər 12 dildə, o cümlədən Azərbaycan, türk, qazax, qırğız, özbək, türkmən, başqırd, tatar, ingilis, italyan, rus və Ukrayna dillərində verilib. İlin əvvəlindən bu kitabın hazırlanması işinə başlanılıb.

Diqqətə çatdırılıb ki, TÜRKSOY Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar türkdilli ölkələrdə bir sıra tədbirlər keçirir. Yaxın vaxtlarda bu istiqamətdə TÜRKSOY-un layihələrindən biri də şairin şeirlərinin qazax dilində nəşri olacaq. Onun əsərləri indiyədək bu dildə çap edilməyib. (azertag.com)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər