19 Oktyabr 2017 Cümə axşamı

Serbiya və Niderland finalda, Azərbaycan millisi isə Türkiyə ilə qarşılaşacaq

Sentyabrın 30-da qadın voleybolçular arasında Avropa çempionatının yarımfinal mərhələsinin sonuncu oyununda Türkiyə və Serbiya yığmaları qarşılaşıb.

2017-10-01 00:25

Ensonxeber.az məlumat verir ki, Bakıda, Milli Gimnastika Arenasında keçirilən matçın qalibi Serbiya millisi olub. Belə ki, hər üç setdə (25:17, 25:12 və 25:21) türkiyəli voleybolçulardan üstün olan Serbiya millisi oyundan qalib ayrılıb.

Serbiya komandası finalda Niderland voleybolçuları ilə qızıl medallar uğrunda yarışacaq.

Bu görüşdə məğlub olan Türkiyə millisi isə üçüncü yer uğrunda Azərbaycan millisi ilə üz-üzə gələcək. (azertag.com)

Ensonxeber.az

Xəbər lenti

Bütün xəbərlər