14 Dekabr 2017 Cümə axşamı

Neftimizin qiyməti 59 dollara çatır


Neftimizin qiyməti 59 dollara çatır

2017-10-07 18:05

Neftimizin qiyməti 59 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 5-də 58,94 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,02 dollar/barel çoxdur. Bu barədə Ensonxeber.az-a Trend.az mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 5-də 58,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,92 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 5-də 56,07 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,29 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 5-də 57,19 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,01 dollar/barel çoxdur.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər