19 Oktyabr 2017 Cümə axşamı

Deputat: Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artır


Deputat: Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artır

2017-10-11 10:48

Deputat: Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artır

Bu gün Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza malikdir və etibarlı bir tərəfdaşdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

A.Mirzəzadə bildirib ki, Azərbaycanın apardığı siyasət mehriban qonşuluğa, maraqlara qarşılıqlı sürətdə hörmət edilməsinə əsaslanır: "Ona görə də Azərbaycanın beynəlxalq nüfuzu getdikcə daha da artır və ölkəmiz etibarlı bir tərəfdaşa çevrilib".

Deputat vurğulayıb ki, Azərbaycan iqtisadiyyatında aparılan islahatlar və atılan addımlar nəticəsində ciddi irəliləyişlər var: "Azərbaycan beynəlxalq rəqabətqabiliyətlik reytinqində irəliləyib, qeyri-neft sektorunun inkişafında böyük uğurlar əldə edilib. Eyni zamanda, Azərbaycan bu gün çox etibarlı bir nəqliyyat dəhlizinə çevrilib. İqtisadiyyatla yanaşı, Azərbaycanın ayrı-ayrı sahələr üzrə uğurları diqqəti cəlb edir. İnsan kapitalının gücləndirilməsi, sosial obyektlərin tikintisinə və yeni iş yerlərinin yaradılmasına böyük diqqət ayrılır".

A.Mirzəzadə bildirib ki, Azərbaycan milli maraqlarını beynəlxalq hüquq çərçivəsində yüksək səviyyədə müdafiə edəcək: "Bu eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir. Artıq Ermənistanın hədə-qorxu ilə danışmaq siyasəti iflasa uğrayıb".

Trend

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər