20 Noyabr 2017 Bazar ertəsi

Sumqayıtda karbamid zavodunun tikintisi başa çatır


Sumqayıtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi üzrə işlərin 98,1 faizi başa çatıb.

2017-10-14 22:23

Sumqayıtda karbamid zavodunun tikintisi başa çatır

Sumqayıtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi üzrə işlərin 98,1 faizi başa çatıb.

Ensonxeber.az  Trend.az-a istinadən verdiyi  məlumata görə, karbamid zavodunun direktoru Xəyal Cəfərov Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, mühəndislik işləri və avadanlıqların alınması 100 faiz, tikinti işləri 93,3 faiz və montaj işləri 88,5 faiz yekunlaşıb:

"Zavodun tikintisi üzrə bütün işlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır. Gələn ilin əvvəlində buraxılış-sazlama işlərinə başlanılacaq. İstehsala isə 2018-ci ilin birinci yarısında start veriləcək".

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər