20 Noyabr 2017 Bazar ertəsi

H.Əliyev adına NEZ-in yenidənqurulması üçün ƏMTQ-nin təqdimatı olacaq


H.Əliyev adına NEZ-in yenidənqurulması və modernizasiyası layihəsi çərçivəsində ƏMTQ sənədi təqdim olunacaq.

2017-10-16 16:57

H.Əliyev adına NEZ-in yenidənqurulması üçün ƏMTQ-nin təqdimatı olacaq

H.Əliyev adına NEZ-in yenidənqurulması və modernizasiyası layihəsi çərçivəsində ƏMTQ sənədi təqdim olunacaq.

Bu barədə Ensonxeber.az Trend saytına istinadən xəbər verir.

Bildirilir ki, noyabrın 8-də SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun Mədəniyyət Mərkəzinin kiçik akt zalında NEZ-in yenidənqurulması və modernizasiyası layihəsi çərçivəsində Ekologiya İdarəsi tərəfindən hazırlanmış Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi Sənədi ilə əlaqədar ictimai dinləmələr keçiriləcək.

Dinləmələr zamanı mütəxəssislər NEZ-də aparılan yenidənqurma və modernizasiya layihəsi, layihənin həyata keçirildiyi dövrdə ətraf mühitə potensial təsirlər və onların azaldılması tədbirləri, hər bir fəaliyyət aspekti üzrə kumulyativ təsirlər, layihə alternativləri, layihə ərazisinin ilkin vəziyyəti və layihə ərazisində ətraf mühitin idarə edilməsi, eləcə də aparılmış monitorinqlər barədə iştirakçılara ətraflı məlumat verəcəklər. İctimai dinləmədə səslənən bütün rəy və təkliflər yekun ƏMTQ sənədində nəzərə alınacaq.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər