20 Noyabr 2017 Bazar ertəsi

Bakıda mənzildə, Beyləqanda anbarda yanğın olub


Bakıda mənzildə, Beyləqanda anbarda yanğın olub

2017-10-18 10:33

Bakıda mənzildə, Beyləqanda anbarda yanğın olub

Bakı şəhəri və Beyləqan rayonunda yanğın hadisələri baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 66 m² olan 3 otaqlı mənzilin eyvanında 3 m² sahədə məişət tullantıları yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Beyləqan rayonu, Şərq qəsəbəsində ümumi sahəsi 16 m² olan anbarın yanar konstruksiyaları və içərisində olan ərzaq və qarışıq mallar yanıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Trend

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər