20 Noyabr 2017 Bazar ertəsi

Azərbaycan neftinin SON QİYMƏTİ - 59 dollara çatır


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da...

2017-10-18 21:57

Azərbaycan neftinin SON QİYMƏTİ - 59 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 58,94 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,57 dollar/barel çoxdur. Bu barədə Ensonxeber.az-a Trend.az mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 58,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 16-da 55,99 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 16-da 57,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,93 dollar/barel çoxdur.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər