20 Noyabr 2017 Bazar ertəsi

"Qarabağ"dan sensasiya - 10 nəfərlə "Atletiko"dan xal aldı


Bu gün "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

2017-10-19 00:07

"Qarabağ"dan sensasiya - 10 nəfərlə "Atletiko"dan xal aldı

Bu gün "Qarabağ” Çempionlar Liqasının  qrup mərhələsində növbəti oyununu keçirib.

 

Ensonxeber.az-ın qol.az-a istinadən məlumatına görə, Ağdam klubu üçüncü turda "Atletiko"nu qəbul edib. "Qarabağ" ilk dəfə İspaniya klubu ilə üz-üzə gəlib. 

90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Son 15 dəqiqəni çempionumuz azlıqda keçirsə də, qapısının toxunulmazlığını qoruya bilib - 0:0. Bununla da "Qarabağ" ilk dəfə ÇL-in qrupunda xal qazanıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası  İngiltərədə keçirdiyi ilk matçda "Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi "Roma”ya 1:2 hesabı ilə uduzub.

Qrupun digər görüşündə "Roma" "Çelsi"nin qonağı olacaq.

18 oktyabr

Çempionlar Liqasının qrup mərhələsi, 3-cü tur

"Qarabağ" - "Atletiko" - 0:0 
Qırmızı vərəqə: 
Ndlovu, 75

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər