20 Noyabr 2017 Bazar ertəsi

Dieqo Simeone: "Nəticə bizim üçün gözlənilməz oldu"


"Bu nəticə bizim üçün gözlənilməz oldu. İlk hissədə bir neçə qol imkanı yaratsaq da, fərqlənə bilmədik."

2017-10-19 01:07

Dieqo Simeone: "Nəticə bizim üçün gözlənilməz oldu"

Bu nəticə bizim üçün gözlənilməz oldu. İlk hissədə bir neçə qol imkanı yaratsaq da, fərqlənə bilmədik. Bu epizodlardan yararlana bilməməyimiz komandamızda xal itirmək qorxusu yaratdı ki, bu da nəticəyə təsir etdi.

Ensonxeber.az  məlumat verir ki, bu sözləri futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” ilə oyundan sonra “Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone deyib.

“Qarabağ”ın heyətində qapıçı İbrahim Şehiçin inamlı oyununu xüsusi qeyd edən argentinalı mütəxəssis vurğulayıb: “Oyundan əvvəl mətbuat konfransında dediyim kimi, rəqib komanda əks-hücumlardan səmərəli istifadə etməyi bacarır. Bu oyunda qələbəyə ehtiyacımız var idi. “Qarabağ” bundan istifadə edib bizi əks-hücumda yaxalamaq istəsə də, buna nail ola bilmədi. Bu oyunu unudub, diqqətimizi qarşıdakı matçlara yönəldəcəyik. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq”. (azertag.com)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər