20 Noyabr 2017 Bazar ertəsi

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula gəlib.

2017-10-20 02:17

İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

Azərbaycan Prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşıladılar.

Ensonxeber.az

Xəbər lenti

Bütün xəbərlər