20 Noyabr 2017 Bazar ertəsi

Avropa Parlamentində erməni təxribatının qarşısı alındı


Avropa Parlamentində erməni təxribatının qarşısı alındı

2017-10-20 10:51

Avropa Parlamentində erməni təxribatının qarşısı alındı

18-19 oktyabr 2017-ci il tarixində Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə Avropa ermənilərinin 4-cü “konqresi” keçirilib.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, konqres çərçivəsində Avropa Parlamentinin binasında keçirilən sessiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın ərazisi Dağlıq Qarabağda yaradılan qondarma rejim “nümayəndələri”nin iştirakı ilə təxribat törədilməsi nəzərdə tutulurdu.

İşğalçı rejimin “başçısı” Bako Saakyanın əlaltıları ilə Brüsselə gəlməsinə və “konqres”də iştirak etmək cəhdlərinə baxmayaraq, atılan addımlar nəticəsində qondarma rejim “nümayəndələri”nin Avropa Parlamenti binasında keçirilən tədbirdə iştirakının və çıxışının qarşısı alınıb.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər