20 Noyabr 2017 Bazar ertəsi

Yeni canlı növləri tapıldı!


Yeni canlı növləri tapıldı!

2017-10-21 17:35

Yeni canlı növləri tapıldı!

Yer kürəsinin canlı həyatı üçün əlverişli olmasının ən mühüm səbəblərindən biri üzərindəki suyun miqdarıdır. Yer kürəsinin əksər hissəsi, yəni təxminən 70%-i sularla örtülüdür. Bu sularda müxtəlif rəngləri, müxtəlif bioloji sistemləri, qeyri-adi ovlanma və müdafiə taktikaları olan milyonlarla canlı növü yaşayır. Hətta nisbətlə versək, dünyadakı canlı növlərinin 90%-i bu sularda yaşayır. Müasir texnologiya sayəsində aparılan araşdırmalarla kəşf olunan canlıların sayı günbəgün artır.


“Scientific Reports” jurnalında 2016-cı ilin dekabr ayında yayımlanan son araşdırmaya görə, Hind Okeanının təxminən 3 km dərinliyində isti su mənbələri ətrafında 6 yeni canlı növü kəşf edilmişdir. Tapılan yeni növlər dəniz dibinə qədər enə bilən, uzaqdan idarə edilən dənizaltı robotlarla aparılan araşdırmalar nəticəsində kəşf edilmişdir. Yeni dəniz canlılarının dəniz ilbizi, okean soxulcanı, dəniz minarəsi, hoff xərçəngi və qum qurdu növlərinə aid olduqları bildirilmişdir.


İngiltərənin Sauthempton Universitetində aparılan tədqiqatlara rəhbərliyi həyata keçirən dr.Con Kopley və heyəti okean dibində hidrotermal bacaların olduğu futbol stadionu böyüklüyündəki bir sahəni müşahidə altına aldılar. Araşdırma aparılan bu okean dibindəki bacaların mis və qızıl mineralları baxımından olduqca zəngin olduğu və gələcəkdə isə dəniz mədənçiliyi üçün dəyərləndirilə biləcəyi kəşf edildi. Hidrotermal bacaların ətrafında bir çox dəniz canlısının yaşadığı və bu canlıların buradan çıxan isti mayelərlə bəsləndiyi haqqında danışılır.


Şübhəsiz ki, dəniz dibində yaşayan canlılar canlı növlərinin yalnızca bir hissəsidir. Yer üzündəki canlı növlərinin sayının təxmini hesablamalarla 100 milyon olduğu müəyyən edilmişdir. Harvard Universitetindən prof. Edvard Uilson “Təbiətin gizli bağçası” (“In Search of Nature) adlı kitabında canlı növlərindəki  müxtəliflik haqqında belə demişdir: 
“Əvvəlcə bioloji müxtəliflik mövzusunu düşünün. Dünyadakı canlı növlərinin sayı tam olaraq bilinmir. Bu günə qədər təxminən 1,5 milyon növə ad verilmişdir, amma gerçək say təxminən 10 milyonla 100 milyon arasındadır ...”

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər