Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir


Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir

2017-11-23 16:41

Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir

Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun mənzil-qərargahında Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

Azərbaycan Prezidenti NATO-nun baş katibi Yens Stoltenberqlə regional təhlükəsizlik məsələlərini müzakirə etdiyini vurğulayıb.

İlham Əliyev bildirib ki, regional təhlükəsizliyə ən böyük təhdid Ermənistanla Azərbaycan arasında həll olunmamış münaqişədir: “Bizim ərazilərimiz işğal altında qalır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və təəssüf ki, vəziyyət dəyişmir”.

Prezident qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişdirilməli olduğu barədə bəyanatlarına baxmayaraq, Ermənistan status-kvonu uzun müddət saxlamaq istəyir.

İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini də xatırladıb: “Ermənistan 20 ildən çoxdur ki, bu qətnamələri yerinə yetirmir”.

Dövlətimizin başçısı bildirib ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalıdır: “Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır”.

Trend

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər