Cəbhə bölgəsində Milli Qəhrəman Çingiz Qurbanovun anım günü keçirilib


Cəbhə bölgəsində yerləşən hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anım gününə həsr olunmuş tədbir keçirilib.

26 Noyabr 2017 00:37

Cəbhə bölgəsində Milli Qəhrəman Çingiz Qurbanovun anım günü keçirilib

Cəbhə bölgəsində yerləşən hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anım gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə iştirakçılar Milli Qəhrəmanlar Qasım Rzayev, Naiq Yusifov və Çingiz Qurbanovun hərbi hissənin ərazisində yerləşən xatirə abidəsi önünə əklil qoyublar.

Milli Qəhrəman Çingiz Qurbanovun xidmət etdiyi bölmədə davam edən tədbirdə ümummilli liderimiz Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsi yad edilib.

Tədbirdə çıxış edənlər Azərbaycanın Milli Qəhrəmanı Ç.Qurbanovun həyat və döyüş yolu barədə ətraflı məlumat verib, onun fədakarlığının şəxsi heyət üçün nümunə olduğunu diqqətə çatdırıblar. Çıxışlarda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Çingiz kimi igidlərin vətənpərvərliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağını deməyə əsas verir.

Mərasim Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Çingiz Qurbanova həsr olunmuş filmin nümayişi ilə davam edib. (trend.az)


 

Xəbər lenti

Bütün xəbərlər