19 Fevral 2018 Bazar ertəsi

DÇ-2018-in püşkü atıldı


Bu gün gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

2017-12-02 00:34

DÇ-2018-in püşkü atıldı

Bu gün gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib. 

 

Ensonxeber.az-ın qol.az-a istinadən məlumatına görə, püşkatma mərasimi Moskvada Dövlət Kreml Sarayında keçirilib və Bakı vaxtı ilə 19:00-da start götürüb.  DÇ-2018-in final mərhələsində vəsiqə qazanan 32 komanda 8 qrupa bölünüb.

Turun açılış matçında meydan sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq

DÇ-2018-in qrupları aşağıdakı kimidir:

A qrupu

Rusiya
Səudiyyə Ərəbistanı
Misir
Uruqvay


B qrupu

Portuqaliya
İspaniya
Mərakeş
İran

C  qrupu

Fransa
Avstraliya
Peru
Danimarka

D qrupu

Argentina
İslandiya
Xorvatiya
Nigeriya

E qrupu 

Braziliya
İsveçrə
Kosta-Rika
Serbiya

F qrupu

Almaniya
Meksika
İsveç
Cənubi Koreya

G qrupu

Belçika
Panama
Tunis
İngiltərə

H qrupu

Polşa
Seneqal
Kolumbiya
Yaponiya

Qeyd edək ki, DÇ-2018 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.


 

Xəbər lenti

Bütün xəbərlər