18 Yanvar 2018 Cümə axşamı

İsrail və Fələstin sərhədində qarşıdurma başlayıb


İsrail və Fələstin sərhədində qarşıdurma başlayıb.

2017-12-09 17:12

İsrail və Fələstin sərhədində qarşıdurma başlayıb

İsrail və Fələstin sərhədində qarşıdurma başlayıb.

Ensonxeber.az məlumat verir ki, qarşıdurma Ramallah şəhəri və İsrailin Beyt-əl yaşayış məntəqəsi yaxınlığında baş verib.

Bildirilir ki, İsrail ordusu göz yaşardıcı qazdan və səsli qumbaralardan istifadə edib.

Qeyd edək ki, ötən gün fələstinlilər ABŞ prezidenti Donald Trampın Qüdsün İsrail paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bura köçülülməsi qərarı ilə əlaqədar olaraq, "qəzəb günü" keçiriblər. Etirazlar İsrail polisi ilə toqquşmaya gətirib çıxarıb.

Bundan əvvəl Fələstinin Qızıl Ay Cəmiyyəti 767 nəfərin zərər çəkdiyini, o cümlədən təqribən 60 nəfərin güllə yarası aldığını bəyan edib. İsrail hərbçilərinin sözlərinə görə, İordan çayının qərb sahilində, Qəzza sektoru ilə sərhəddə qeydə alınan iğtişaşlarda 7500 nəfər iştirak edib. (trend.az)


 

Xəbər lenti

Bütün xəbərlər