19 Fevral 2018 Bazar ertəsi

DB: TANAP Azərbaycan, Gürcüstan, Türkiyə və Cənub-Şərqi Avropa ölkələri üçün prioritet infrastruktur layihələrdən biridir


2018-ci il yanvarın 1-dək Dünya Bankı Transanadolu boru kəmərinin (TANAP) tikintisi üçün nəzərdə tutulmuş kreditin 83,4 faizini və ya 667,27 milyon dollar ayırıb.

2018-01-14 21:38

DB: TANAP Azərbaycan, Gürcüstan, Türkiyə və Cənub-Şərqi Avropa ölkələri üçün prioritet infrastruktur layihələrdən biridir

2018-ci il yanvarın 1-dən Dünya Bankı Transanadolu boru kəmərinin (TANAP) tikintisi üçün nəzərdə tutulmuş kreditin 83,4 faizini və ya 667,27 milyon dollar ayırıb.

2016-cı il dekabrın 20-də Dünya Bankının Direktorlar Şurası tərəfindən təsdiq olunmuş 800 milyon dollarlıq kreditin benefisiarları "Cənub Qaz Dəhlizi" QSC (Azərbaycan) və BOTAŞ (Türkiyə) olub.

Dünya Bankından Trend-ə və "Azernews" qəzetinə bildirildiyi kimi, TANAP təkcə rəqabətqabiliyyətliliyi artırmayacaq, həm də regional ticarəti inkişaf etdirəcək və Türkiyə ilə Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

Bankdan qeyd olunub ki, layihə həmçinin Azərbaycana qaz satışı bazarını şaxələndirməyə, Türkiyəyə isə enerji tədarükünü təhlükəsizləşdirməyə imkan verəcək: "Azərbaycan, Gürcüstan, Türkiyə və Cənub-Şərqi Avropa ölkələri üçün bu, prioritet infrastruktur layihələrindən biridir".

Dünya Bankından o da əlavə olunub ki, layihə banka Azərbaycanla tərəfdaşlıqda strateji hədəflərə nail olmağa, o cümlədən ölkənin regional və Avropa enerji bazarlarına inteqrasiyasına yardım edir.

Ensonxeber.az

Mənbə trend az


 

Xəbər lenti

Bütün xəbərlər