Prezident İlham Əliyev: SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracaq - Ən Son Xəbər

Prezident İlham Əliyev: SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracaq


Prezident İlham Əliyev: SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracaq

15 Yanvar 2018 21:00

Prezident İlham Əliyev: SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracaq

SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracq və imkanlar barədə məlumat verəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisov ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı qeyd edib: "Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər".

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ölkə daxilində qazlaşdırmanı uğurla icra edir: "Hazırda ölkəmizin 93 faizi qazlaşdırılıb və cari ilin sonuna qədər bu rəqəm 95 faizə çatacaqdır".

Azərbaycan Prezidentinin sözlərinə görə, bununla paralel olaraq, digər ölkələrdə də SOCAR qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir, o cümlədən Gürcüstanda və Albaniyada: "Albaniyanın qazlaşdırılması ilə bağlı müvafiq memorandum imzalanmışdır. Hesab edirəm ki, Bolqarıstanda da qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyəti həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola bilər. Müvafiq göstərişlər verilmişdir və əminəm ki, danışıqlar tezliklə başlanacaq.".

Trend


 

Xəbər lenti

Bütün xəbərlər