20 yanvar faciəsindən 28 il keçir


20 yanvar 1990-cı il. Bu gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldı.

20 Yanvar 2018 00:01

20 yanvar faciəsindən 28 il keçir

20 yanvar 1990-cı il. Bu gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldı. 

Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən geniş xalq kütlələri buna qəti etirazını bildirmək üçün Bakının küçə və meydanlarına çıxdılar.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu silahsız Azərbaycan xalqına qarşı gözlənilmədən hərbi əməlliyatlara başladı.

Qızıl ordunun Azərbaycan xalqına qanlı hücumu zamanı 137 insan şəhid edildi, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. O cümlədən 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. 

20 yanvar Azərbaycanın şanlı tarixinə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan, mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldığı gün kimi həkk olundu. Məhz xalqımızın cəsur, qorxmaz övladlarının canları bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. 

20 Yanvar şəhidləri xalqımızın yaddaşında əbədi yaşayacaq!


 

Xəbər lenti

Bütün xəbərlər