Möminlər nəfslərini tərbiyələndirirlər - Ən Son Xəbər

Möminlər nəfslərini tərbiyələndirirlər


İnsanın dünya həyatında olan imtahanındaki ən böyük düşmənlərindən biri nəfsidir. İnsanın ən böyük düşməninin öz daxilində olması isə çox düşündürücüdür.

31 Yanvar 2018 17:03

Möminlər nəfslərini tərbiyələndirirlər

<"Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər... " (“Yusuf” surəsi, 53)

İnsanın dünya həyatında olan imtahanındaki ən böyük düşmənlərindən biri nəfsidir. İnsanın ən böyük düşməninin öz daxilində olması isə çox düşündürücüdür. Dünya həyatının sonuna qədər ən çətin mübarizəni verməli olduğu varlıqlardan biri, uzaqlarda deyil, tamamilə "mən" dediyi varlığın içindədir, yəni "mənliyinin bir parçası"dır.

İnsanın isə özünə dünyadakı maddi-mənəvi hər şeydən çox sahib çıxma meyili vardır. Hər kəsdən çox özünü düşünməyə, hər kəsdən çox özünü qorumağa, özünü sevməyə meyillidir.

Əlbəttə, bu vəziyyət uca Rəbbimizin çoxlu xeyir və hikmətlə yaratdığı imtahanın sirrini əhatə edir. Allah nəfsi insanın ətrafında gördüyü insanlardan və ya varlıqlardan hər hansı biri kimi yarada bilərdi.

Bu halda insan nəfsini özünə aid olmayan, xarici bir varlıq kimi görüb, ona daha obyektiv yanaşması mümkün olardı. Necə ki, yad bir insana sahib çıxmır, bu insanın müdafiəsini üstünə götürmür və onu özü kimi qəbul etmirsə, belə bir vəziyyətdə də nəfsinə qarşı çıxması asan iş olardı.

Ancaq Uca Rəbbimiz nəfsi yalnız səmimi iman gətirənlərin məğlub edə biləcəyi kimi yaratmışdır. Nəfs nə qədər özlərinə aid bir varlıq kimi görünsə də, iman gətirənlər nəfsin də yaradılmış hər şey kimi sadəcə beyinlərində yaranan hissdən ibarət olduğunu bilirlər. Allah insanın beynində nəfs kimi minlərlə varlığa aid məlumatlar yaradır. İnsanın bunların içindən birini seçib, "yaxşı da olsa, pis də olsa bu hissin hər şeyini sahiblənəcəyəm, hər şeyini müdafiə edəcəyəm" deyə qərar verməsi, səmimi vicdanla və təmiz ağılla qiymətləndirildikdə olduqca məntiqsizdir.

Əgər insanın ona göstərilən hisslərdən birini seçib sahiblənməsi lazımdırsa, bu ancaq "Allah`ın razılığı, Quran və İslamın mənfəətləri" olmalıdır.

Məhz nəfsinə sahiblənib onu pisliyə sövq etməsindən xilas olmaq istəyən insanın etməli olduğu davranış budur. Özünü, ağılını yox sayacaq, ağlının yerinə "Quran əxlaqı"nı qoyacaqdır. Bədənini də sahiblənməkdən əl çəkəcək, bunun əvəzinə isə "müsəlmanların bədənini" öz bədəni kimi qəbul edib, onları sahiblənəcəkdir.

Belə düşünək: Bir otaqda iki insan olduğunu fərz edək. Burada Allah insanın beynində iki müxtəlif insan görüntüsü göstərir. Bunlardan başını görə bilmədiyi görüntü insanın özüdür. Digərini isə hər şeyi ilə və tamamilə görür. İnsan bu iki görüntü içərisindən daim özünə aid olanı sahiblənir. Bu bədən nəfsini müdafiə etmək qərarını verir. Halbuki, bunun əvəzinə tam gördüyü digər insanın nəfsini sahiblənmək qərarı versə, bu halda baş verəcək bütün hadisələrdə, danışılacaq bütün söhbətlərdə, insan nəfsi tərəfdən gələn bütün bəlalardan xilas olmuş olacaqdır. Nəfsindən gələn pislikləri sahiblənməyəcək, ondan gələcək təlqinlərə aldanmayacak, hər nə olursa olsun Qurana uyğun, ədalətlə və doğru qərarlar verə biləcək, mütləq Qurandan söhbətlər edəcəkdir.

Belə düşünərək nəfsini sahiblənməkdən xilas olan insan bu bəlanın gətirəcəyi maddi-mənəvi hər cür pislikdən qorunmuş olacaq. Nəfsi hücum etdiyi zaman Qurandan kənar, təvəkkülsüz bir təlaşa qapılmayacaq, bədəni özünü müdafiə etmək naminə sarsılıb gücdən düşməyəcəkdir. Özünə görə narahat olmayacaq, haqqdan uzaqlaşıb, ədalətsiz, səmimiyyətsiz fikirlərə qapılacağı bir ağıl zəifliyi meydana gəlməyəcəkdir. Müsəlman olmağın, Quran əxlaqına tabe olmağın, Allah rizası üçün yaşamağın möminin üzündə əks etdirdiyi nur yox olmayacaq, həm fiziki, həm də ruhi çirklənmə meydana gəlməyəcək. Allah`ın izni ilə bu şüurla hərəkət edən bir möminin, həm bədəni çox güclü olacaq, həm də Quran əxlaqını qüsursuzca yaşaya biləcək bir vicdana sahib olacaq.

Quran əxlaqını yaşamaqda qərarlı olan insan Allah`ın əmrlərini yerinə yetirərkən çox diqqətli olur. Allah`ın Quranda bildirdiyi ibadətləri yerinə yetirərkən vicdanına tabe olma məsələsində gücü və həssaslığı artır və səmimi şəkildə gözəl əxlaqı yaşayır. Əlbəttə, bu əxlaq möminin nəfsini tərbiyə etməsi ilə dərinləşir. Nəfsin tərbiyəsi iman gətirənlərin həyatları boyu davam etdirdikləri dəyərli bir ibadətdir. Uca Rəbbimizin Quranda< "İnsanların eləsi də var ki, Allah`ın razılığını qazanmaq üçün canını da verər..." (“Bəqərə” surəsi, 207)

Hər insanın din əxlaqı ilə tanış olmazdan əvvəl öyrəşdiyi bir həyat forması və şəxsiyyəti ola bilər. Ancaq din əxlaqı yaşanmağa başladıqda Quran əxlaqına uyğun yaxşı xasiyyətlər Allah`ın razılığı üçün yaşamaq niyyəti ilə davam etdirilməli, Quran əxlaqına uyğun gəlməyən xüsusiyyətləri isə səmimiyyətlə müəyyən edilib tərk edilməlidir. Allah Quranda möminlərin nəfslərini təmizləmələrinin əhəmiyyətini və bunun onların axirətdəki mövqelərini müəyyənləşdirdiyini belə xəbər verir:

<"And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allah`dan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır." (“Şəms surəsi”, 7-10)

Möminlərin Allah`ın razılığını qazanmaq üçün nəfslərinin tərbiyə etməsi nəticəsində Allah`ın razı qalacağı yüksək bir əxlaq ortaya çıxır. Nəfslərini tərbiyələndirən möminlərin Allah qorxusu və sevgisi çox güclü və dərindir. Bu dərinliyi yaşayan bir mömin çox fədakar, səxavətli, dürüst, ədalətli, mərhəmətli, cəsur, güclü xarakterə sahib olur. Həyatı boyu hər hadisə qarşısındakı bu gözəl əxlaqı səmimi bir istək və cəhdlə yaşayan bir mömin axirətdə Allah`ın razılığını, rəhmətini və cənnətini ümid edir. Uca Rəbbimizə olan eşqinə görə Allah`ın razı qalacağı gözəl əxlaqlı bir insan olmaq üçün özünü tərbiyələndirir.

İnsanın nəfsini tərbiyələndirməsi isə çox asandır. Bunun üçün özündən razı olmamalı, nəfsinin səsinə həmişə şübhə ilə yanaşmalıdır. Ancaq eqoistliyi və xəsisliyi də səhv anlamamaq lazımdır. Bəzi insanlar Allah qorxusundan məhrum qaldıqlarına və axirətə inanmadıqlarına görə eqoistliyi və xəsisliyi sanki bir həyat fəlsəfəsinə çevirmişlər. Bu insanlar həmişə özlərini üstün görür, hər kəsdən çox öz mənfəətlərini düşünməyi ağıllı bir davranış hesab edir ve bunun yaxşı xüsusiyyət olduğunu zənn edirlər. Buna görə də hərəkətləri ilə Allah Qatında hansı məsuliyyəti daşıdıqlarını nəzərə almırlar. İnsanın Quran ayələri üzərində düşünərkən, xəsisliyi və eqoistliyi ancaq bu cür insanlar üçün hesab edib, mövzunu yalnız din əxlaqını bilməyən və yaşamayan insanlarla məhdudlaşdırmağı yanlışdır. Möminlər həmişə nəfslərinin təlqin etdiyi pisliklərə qarşı diqqətli olmalı və bütün tədbirləri almalıdırlar.

 


 

Xəbər lenti

Bütün xəbərlər