"Qəbələ"ni nəzarətdə saxlamağa ehtiyac yoxdur" - Qurban Qurbanov - Ən Son Xəbər

"Qəbələ"ni nəzarətdə saxlamağa ehtiyac yoxdur" - Qurban Qurbanov


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Monteneqronun "Mladost" klubu ilə 1:1 hesabı ilə bərabərə qaldıqları oyundan sonra müsahibə verib.

4 Fevral 2018 19:41

"Qəbələ"ni nəzarətdə saxlamağa ehtiyac yoxdur" - Qurban Qurbanov

Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Monteneqronun  "Mladost" klubu ilə  1:1 hesabı ilə bərabərə qaldıqları oyundan sonra müsahibə verib.

<- Son matçdan nə dərəcədə razı qaldınız?

- Oyun pis keçmədi. Təlim-məşq toplanışının 25-ci günü idi. Buna baxmayaraq, düşünürəm ki, futbolçular yaxşı oyun göstərdilər. Bir neçə futbolçumuz zədəli oldu. Hansıların ki son yoxlama matçında oynamalarını çox istəyirdik. Bununla belə, həm matçlardan, həm də toplanışdan razı qaldım. Belə oyunlarda səhvimiz daha çox biz məşqçilər üçün bir o qədər yaxşı olur. Çünki bunları görürük və çempionat qabağı aradan qaldırmağa imkan olur.

< - Komanda yoxlama oyunlarında bir qələbə belə qazanmadı. Buna fikir verdiniz, yoxsa?

- Əlbəttə, fikir verirəm. Burda qələbə qazanmamağının bəzi səbəblərini özümüz bilirik. Bu nəticə normal haldır. Düşünürəm ki, hər toplanışda belə hallar olur və bunun qarşısını almağa çalışırıq.

< - Ötən toplanışlarından birində belə bir hal olmuşdu ki, "Qarabağ" ümumiyyətlə, bütün yoxlama oyunlarında uduzmuşdu. Bu dəfə təxmini eyni ssenari təkrarlandı. Onda qeyd etmişdiniz ki, bu, aradan qaldırılan səhvlərdir. İndi də analoji vəziyyət idi, yoxsa fərqli durum yaranıb?

- Eyni vəziyyət olduğunu demək olar. İndi get-gedə bu səhvlər olmamalıdır. Çünki bütün komandalar belə səhvləri bağışlamırlar. Futbol get-gedə bunun üzərində qurulur. Səhvlərimizi, xüsusilə də topu öz meydanımızda rəqibə verdiyimiz haldakı xətanı heç bir rəqib bağışlamır. Daha da diqqətli, ciddi olmalıyıq. Düşünürəm ki, bu səhvləri aradan qaldırmaq olacaq.

< - Artıq bir həftə sonra çempionatda "Qəbələ" ilə qarşılaşaqsınız. Komandanız oyuna tam hazır ola biləcəkmi?

- Dəfələrlə bildirmişəm ki, komanda belə uzunmüddətli toplanışlardan sonra hardasa 3-4-cü matçında optimal formasını yığmağa, hər bir futbolçu oyununu daha da yaxşılaşdırmağa başlayır. Hər bir halda çalışacağıq ki, komandanı ən optimal formaya gətirib çıxaraq.

<- Bu təlim-məşq toplanışında "Qəbələ"ni nəzarətdə saxlayırdınız?

- Düşünürəm ki, nə bizim "Qəbələ"ni, nə də onların bizi nəzarətdə saxlamağına ehtiyac var. Çünki bir-birimizi çox gözəl tanıyırıq. Bu üzdən elə də ehtiyac yoxdur.

<- Onsuz da "Qəbələ" ilə 2 dəfə qarşılaşacaqsınız. Ancaq buna baxmayaraq, qış fasiləsindən dərhal sonra onlarla oynamaq "Qarabağ üçün yaxşıdı, yoxsa yox? İstərdiniz ki, daha münasib rəqiblə oynayasınız?

- Bu haqda sonra fikir bildirərik. Bir-iki gün istirahət edək, başımız bir az sakitləşsin. İnşallah, bundan sonra fikir bildirərik.

<- Antalyadakı 6 oyundakı qarşılaşdığımız rəqiblərdən "Qəbələ"yə bənzər olanı oldumu?

- Hər bir rəqibin, hər bir məşqçinin oyun düşüncələri fərqlidir. Elə qarşılaşmalar oldu ki, sürətli futbolçular, komandalara qarşı oynadıq. Qarşılaşdığımız "Mariupol", "Sarayevo" güclü  komandalar idi. "Qəbələ" isə bir az fərqlidir. Bu da onun futbolçuları, oyun sistemi ilə bağlıdrı. Ola bilər ki, "Qəbələ"nin daha sürətli futbolçular var və onlara hazır olmalıyıq. Sürətli oynamaqda, əks-hücumlara tez çıxmaqda, ümumiyyətlə, topla davranmaqda demək olar bütün komandalar bir-birinə bənzəyir. (sport24.az<)


 

Xəbər lenti

Bütün xəbərlər