Dəmiryolçular son üç il ərzində görülən işləri müzakirə ediblər


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində son üç ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib.

12 Fevral 2018 14:47

Dəmiryolçular son üç il ərzində görülən işləri müzakirə ediblər

<“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində son üç ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib.
 xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilk öncə bildirib ki, Yeni Azərbaycan Partiyasının VI qurultayı 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. Həmişə olduğu kimi, bu dəfə də dəmiryolçular prezident seçkilərində aktivlik göstərəcək və ölkəmizin işıqlı gələcəyinə səs verəcəklər.

QSC sədri sonra son üç il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, Azərbaycanın Bakı-Tbilisi-Qars, “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində görülən işlər barəsində məlumat verib.

O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son üç il ərzində bir neçə dəfə dəmir yolunda olub. Belə ki, ölkə başçısı 2015-ci il iyunun 3-də Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub, 2015-ci il sentyabrın 12-də Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edib. 2016-cı il dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış olub. 2017-ci il fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında və Bakı Dəmir Yolu Vağzalında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar və görülən işləri yüksək qiymətləndiriblər.

“Bilirsiniz ki, 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu nəqliyyat dəhlizinin əhəmiyyətini dəfələrlə vurğulayıb. O, bildirib ki, biz tərəfdaşlarımız – Gürcüstan və Türkiyə ilə dəmir yolunun inşasının təşəbbüskarı olduq. Bu dəmir yolu üç ölkəni və qitələri birləşdirir. Biz qarşılıqlı ticarət dövriyyəmizi bu dəmir yolu xətti olmasa belə artıra bilərdik. Ancaq bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirməyə lazımdır. Bu, ən qısa nəqliyyat marşrutudur”.

C.Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Trans-Xəzər Nəqliyyat Dəhlizi, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib.

Sonra QSC sədri dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması, enerji təchizatında sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və sair sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə həyata keçirilən tədbirlərdən danışıb.

Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) sədri Fəzail Bağırov Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbərlik etdiyi üç il ərzində ölkə polad magistralının tranzit potensialının artırılması, texniki vasitələrin müasirləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər haqqında danışıb. Bildirib ki, MHİRK-in təsis etdiyi “Firudin Ağayev” adına, “İlin ən yaxşı müəssisəsi” və “Əla yol işçisi-ilin ən yaxşı mütəxəssisi” müsabiqələrinin qalibləri müəyyən olunub.

Sonra çıxış edənlər son üç il ərzində rəhbərlik etdikləri sahədə görülən işlər haqqında məlumat veriblər.

Sonda müsabiqələrin qaliblərinə mükafatlar təqdim olunub.

Ensonxeber.az

Mənbə azim az


 

Xəbər lenti

Bütün xəbərlər