19 Fevral 2018 Bazar ertəsi

Rusiyada helikopter qəzası - Ölən və yaralananlar var


Rusiyanın Tomsk vilayətində helikopter qəzaya uğrayıb.

2018-02-12 23:32

Rusiyada helikopter qəzası - Ölən və yaralananlar var

Rusiyanın Tomsk vilayətində helikopter qəzaya uğrayıb.

Ensonxeber.az-ın məlumatına görə, qəza barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi rəsmi xəbər yayıb.

Məlumata görə, “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 2 heyət üzvü ölüb. Daha 4 nəfər yaralandığı bildirilir.

Helikopterin hansı səbəbdən qəzaya uğraması məlum deyil. Hadisə yerində araşdırma aparılır. (trend.az)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər